• Siyasət • Gündəm

Azərbaycan Alpaqut Federasiyasının prezidenti deputatlığa namizədliyini irəli sürüb

3 240
30-12-2019, 15:58

Tanınmış ictimai xadim, Azərbaycan Alpaqut Federasiyasının prezidenti, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının idarə heyətinin üzvü, iş adamı Qüdrət Nuriyev deputatlığa namizədliyini irəli sürüb.

BAKU.NEWS xəbər verir ki, bu barədə özü məlumat verib.

O bildirib ki, namizədliyini 119 sayli Ağdam seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Qüdrət Nuriyev 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

FACEBOOK ŞƏRH YAZ