• Cəmiyyət • Gündəm

Nuranə Şıxəliyeva: Dövlətimə, Xalqıma,Vətənimə ləyaqətli xidmət və sevgi həyat amalımdır

2 920
27-12-2019, 20:38

Müsahibimiz 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Bakı şəhəri H.Mahmudbəyov adına 2 nömrəli texniki hümanitar elmlər liseyinin tədris işləri üzrə direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, tanınmış elm və təhsil işçısı Nuranə xanım Şixəliyevadır.

QISA TANIŞLIQ: Nuranə Xanoğlan qızı Şixəliyeva 13 noyabr 1983-cü ildə Göyçay rayonunda anadan olub. 1990-ci ildə Sabirabad rayonunda I sinfi bitirib, atası mərhum Xanoğlan Şixəliyevin xidməti işi ilə əlaqədər olaraq müxtəlif rayonlarda orta məktəb təhsilini davam etdirib. Son olaraq 1999-cu ildə Bakı şəhərində 160 saylı məktəbin məzunu olaraq, Azərbaycan Dillər Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra təyinatla Sabirabad rayonunda müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 2005-ci ildən Bakı şəhəri Nərimanov rayonunda yerləşən 66 saylı Tərəqqi liseyində ixtisası üzrə müəllim, fənn metodbirləşmə sədri, uşaq birliyinin rəhbəri, YAP-nın lisey üzrə təşkilatının sədri müavini kimi fəaliyyət göstərib. Həmin dövrdə həm də Azərbaycan Beynəlxalq Universitetində saat hesabı ilə ingilis dili müəllimi kimi çalışıb. 2008-ci ildə Xətai rayonu Heydər Əliyev adına liseydə Təlim-tərbiyə və təşkilatı işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib, 25.01. 2017-ci il tarixdən H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Eyni zamanda Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatı İdarə Heyətinin və Qadınlar Şurasının üzvüdür, Qızıl Aypara Cəmiyyətinin rayon təmsilçisi və donurudur, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prizidentidir, "Əsgərə xatirə kitabı" layihəsinin rəhbəridir, Təhsil Nazirliyinin həyata kecirdiyi İlin müəllimi müsabiqəsinin qalibi olub.Təhsil Nazirliyinin göndərişi ilə istedadlı şagirdlərdən təşkil olunmuş qruplarla 3 dəfə Böyük Britaniyada, 1 dəfə Norvegiyada, 3 dəfə Litvada, 11 dəfə Rusiyada, 2 dəfə Ukranyada, 7 dəfə Türkiyədə tədrisin müxtəlif istiqamətlərində keçirilən tədbirlərdə, kurs və seminarlarda iştirak edib. Müəllim heyətinin bir qrup hissəsi ilə müxtəlif illərdə qrup rəhbəri olaraq, Qlobal Karier İnstitunun həyata keçirdiyi “Kurikulum və Öyrətmə Texnologiyalarının yeni istiqaməti”, “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü humanist yanaşmanın əsasları”, “İdarəetmə strukturu” mövzularını dinləyib sertifikatlar almış, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinin müəllimlər arasında elan etdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı yazı müsabiqəsində qaliblərdən olaraq diplom və hədiyyə ilə təltif olunmuşdu. Müxtəlif paytaxt və bölgə olaraq ictimai tədbirlərin iştirakçısı olaraq diplom, sertifikat, təşəkkürnamə, fəxri fərmanlara layiq görülüb. Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən həayata keçirilən “Ölkəmizi tanıyaq” layihəsində ölkə koordinatoru, rayonlara nəzarətçi rəhbər olaraq iştirak edib. Bir çox elmi-metodik məqalələrim müəllifidir. 2015-ci ildə "Qabaqçıl təhsil işçisi" döş nışanına, 2017-ci ildə "Qızıl Qələm" media mükafatına, 2018-ci ildə Qarabağ Muharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis edilmiş "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı ilə təltif olunub.

- Nuranə xanım, müsahibəmizə seçki mövzusundan başlayaq. Millət vəkili olmaq istəyiniz sizdə hardan qaynaqlandı?

- Əvvala onu qeyd edim ki, mən vəzifə karyerası, şan-şöhrət əldə etmək, xüsusi imtiyazlar qazanmaq kimi qarşımda məqsədim yoxdu. Seçkilərə də bu niyətlə qatılmamışam. Mən 23 yaşımdan ixtisasım üzrə vəzifədə çalışıram. Ölkəmizin ən nufuzlu ümumtəhsil ocaqlarından olan Heydər Əliyev adına liseydə direktorun təşkilati məsələlər üzrə müavini vəzifəsinə təyin ediləndə mənim 23 yaşım var idi. İndi də Səbayel rayonunda yerləşən paytaxtın nümunəvi təhsil müəssisələrindən olan H.Mahbudbəyov adına Bakı şəhəri 2 nömrəli texniki hümanitar elmlər liseyində tədris işləri üzrə direktor müaviniyəm. Təhsil Nazirliyinin ekspertiyəm. Bundan başqa qədim türk döyüş sənətinin inkışafı ilə məşğul olan Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidentiyəm. Bunları deməkdə məqsədim odur ki, mənim bu gündə müxtəlif vəzifələrim var. Mən vəzifəyə hər zaman vasitə kimi baxmışam. Yəni, etmək istədiklərini etmək üçün bir vasitə. Millət vəkilliyi isə bütün vəzifələrdən ən şərəflisidir. Çünki millət vəkillinə mandat xalq tərəfindən verilir. Millət vəkili olmaq üçün mütləq xalqın etimadını qazanmalısan. Fəaliyyətin dövründə isə elə xidmət etməlisən ki, bu etimadı dorğuldasan. Mən xalqa, insanlara xidməti özümə həyat amalı bilmişəm. Xalqa xidmətdən şərəfli nə ola bilər? Elə bu baxımdan millət vəkili olmaq üçün mübarizəyə qatılmaq qərarına gəldim.

- Niyə məhz 64 saylı Sabirabad ikinci seçki dairəsi?

- Mən çox düşündüm bu barədə. Bir neçə dairə üzərində götür qoy etdim. Mən Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatının İdarə Heyətində təmsil olunuram, hazırda Səbayel rayonunun ərazisində liseydə çalışıram, özüm Nizami rayonunda yaşayıram. Bu rayonların hər hansı birindən də namizədliyimi verə bilərdim. Ancaq, son qərarım 64 saylı dairə oldu. Çünki, mənim uşaqlığım o dairənin ərazisinə daxil olan kəndlərin birində keçib, birinci sinfi həmin kəndin məktəbində oxumuşam. O bölgə mənim ata-baba yurdumdu. Orada mənim qayğısız, babalı, atalı, sevincli uşaqlığımım bir ili keçib. Qeyd edim ki, mərhum atam Xanoğlan Şixəliyev xidməti işi ilə əlaqədər olaraq Şəkidə, Göyçayda, Ağdaşda, Bərdədə, Cəlilibadda yaşamışıq. Bəlkə elə buna görə ölkəmizin bütün bölgələri mənim üçün əzizdir. Sabirabad isə bir başqa cür doğmadir mənə. Çünki orda mənim babamın, atamın məzarları var. Mənim əzizlərim o torpaqda uyuyurlar. Mən hər bayramda o məzarları ziyərət edirəm. Mən xeyr və şər mərasimlərində iştirak etmək üçün Sabirabada səfərlər etmişəm, buranın sadə, öz halal zəhmətləri ilə yaşayan insanları ilə daima təmasda olmuşam. Bu ərazinin problemlərini və bu problemlərinin həlli yollarını da yaxşı bilirəm. Hələlik bu barədə danışmaq istəmirəm. Rəsmi təbliğat zamanı bunları seçicilərə açıqlayacam.

- Nuranə xanım mətbuatın da xəbər verdiyi kimi, sizin namizədlliyiniz üçün tələb olunan imzaları toplaşma konpaniyası artıq başa çatıb. Bu məsələdə hər hansı çətinliklərlə qarşılaşmadiz?

- Xeyr, heç bir çəkinlik olmadı. Mənim seçki qərargahim operativ sürətdə işlərin qurdular və 3 gün müddətində tələb olunan 450 imza əvəzinə 500 imza topladılar. Artıq toplanmış imzalar digər sənədlərlə birlikdə Dairə Seçki Komissiyasına təqdim edilib. İnsanlar böyük ruh yüksəkliyi ilə, ümüdlə mənim xeyrimə imza veriblər. Məni ruhlandıran insanların mənə inamıdir. Belə insanlara necə xidmət etməyəsən? Mən heç bu seçkidə qalib gəlməsəm belə, bu sadə insanların sevgisi mənə bəs edər. Qədirbilən, təsübkeş, zəhmətkeş böyüklərimiz qabarlı əllərindən öpürəm və mənim üçün sevə-sevə imza verən insanlara təşəkkür edirəm. Həmsinin o insanlara bildirmək istəyirəm ku, son nəticənin necə olmasından asılı olmayaraq, mən hər zaman sizlərin yanındayam.

- Qalib gələcəyiniz halda, necə bir millət vəkili olmağı düşünürsüz? Yəni bu gün seçicilərinizə nələr vədd edərdiz?

- Vədləri saxlayaq təbliğat dövrünə. Sualınızın birinci hissəsinə cavab olaraq isə bildirim ki, sağlam gələcək naminə seçicilərimə yorulmadan xidmət edəcək bir millət vəkili olacağımı düşünürəm.

- Nuranə xanım, Siz ölkənin təhsil həyatında fəal olan insanlardan sayılırsız. Məşğul oduğununz digər ictimai işlər əsas peşəniz olan müəllimlik fəaliyyətində çətinlik yaratmır ki?

- Müəllimlik olduqca şərəfli və eyni zamanda çətin və məsuliyyətli peşədir. Müəllim əməyini nəticəsində cəmiyyət formalaşır, bilikli, geniş dünya görüşlü savadlı insanlar yetişir. Müəllimin ən ali vəzifəsi cəmiyyət üçün şəxsiyyət, dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllimlər gələcək cəmiyyətin quruculuğunu ən fəal iştirakcılarıdır. Ölkəmizdə müəllimlərə daima böyük diqqət, hörmət və sayğı olub. Ulu Öndər Heydər Əliyevin dahiyanə fikirlərindədə bu öz əksini tapmışdır. Ulu Öndər deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərəciyi vardır. Həqiqi müəllim adını daşıyan həmişə, tarixin ən çətin dövürlərində dəyanətli, dözümlü olubdur və mənəviyatını hər şeydən yüksək tutubdur." Mən müəllimlik fəaliyyətimdə bu dahi fikri özüm üçün yol xəritəsi hesab etmişəm və çalışmışam ki, Ümumumilli Liderimizin təsəvvür etdiyi kimi bir müəllim olum. Şübhəsiz ki, müəllimliklə yanaşı digər ictimai işlərlə məşğul olmaq, digər vacib öhdəlikləri həyata keçirmək əlbətdə çətindir. Lakin, icra etdiyin görəvi sevə-sevə etdikdə, işə məsuliyyətlə və sevgi ilə yanaşdıqda, çətinliklər də yox olur.

- Siz 20 illik pedaqoji stajı olan bir təhsil işçisi kimi Azərbaycan təhsilinin hazırki vəziyyətini necə dəyərləndirərdiz?

- 2018-2019-cu tədris ilində “Ümumi təhsil haqqünda qanunun qəbul edilməsi və bununla da şagirdlərin yerlərinin dəyişməsi prosesinin elektron qaydada olması şəffaflığa zəmin yaradır. Ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinin verilməsi bu təhsil ocaqlarına maddi-texniki bazasının genişləndirmək imkanını vermiş olur. Ötən tədris ilində təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib. Bundan başqa, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ötən tədris ilində 75%-ə çatdırılıb. İstedadlı uşaqlarla iş sahəsində görülən işlər nəticəsində ötən il Respublika fənn olimpiadalarında iştirakçı sayında artım özünü göstərib. Ümumilikdə, olimpiadalarda 33 min şagird iştirak edib. Bu da 2013-cü illə müqayisədə 5 dəfə çoxdur.


- Aparılan təhsil islahatlarından razısız, eləmi?

- Bəli, bu gün ölkəmizdə təhsil islahatlarının uğurla aparılması təhsilimizin strategiyasına böyük ümüdlər yaradır. Belə ki, təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bu islahatlar həmçinin təhsilimizdəki neqativ hallarında aradan qaldırılmasına səbəb olur. Misal üçün valideyini məcburi köçkün olmayan şagirdlərin köçkün məktəblərinə qəbulu və köçülməsinin qadağan edilməsi, qanunsuz şagird köçürülmələrinin qarşısın almış oldu. Bütün bu islahatlar cənab Nazirimiz Ceyhun Bayramov tərəfindən uğurla davam etdirilir. Bütün bunlarla yanaşı təhsilimizdə problemlərdə yox deyil. Xüsusi ilə kənd rayonlarında qızların təhsildən yayınması, onların erkən yaşda valideyinləri tərəfindən ailə qurmağa məcbur edilmə halları artmaqdadır. Buda qızlar arasında kütləvi savadsızliğa səbəb olur. Savadsız qız isə gələcəyin savadsız ailəsinin təməlin qoyur. Lakin, savadlı, elmli qız gələcəkdə savadlı övladlar yetişdirə bilə cəmiyyət üçün. Bu halların qarşısını almaq üçün qanunlar sərtləşməlidir.

- Nuranə xanım, şagirdlərin repetiror yanına getməsi hallarına necə baxırsız?

- Bu hallar da, demək olar ki, azalmaqdadır. Bir neçə il bundan əvvəl övladının məktəbdə dərsi lazımınca mənimsəmədiyini görən valideynlər çıxış yolunu uşaqlarını 1-2-ci siniflərdən repetiror yanına göndərməkdə görürdülər. Yeni təhsil sisteminə, kurikulumun tələblərinə uyğun olaraq hazırlanmış dərs vəsaitlərinin qəliz olması, uşaqların yaşına görə həmin proqramı mənimsəməsində yaranan çətinliklər şagirdlərin aldığı qiymətlərə də təsirsiz ötüşmür. Övladının aldığı qiymətin aşağı düşdüyünü görərək bundan narahatçılıq keçirən valideynlər isə yaranmış problemi uşağı hazırlığa göndərməklə həll etməyə çalışırdılarsa, artıq indi dərsliklərdəki qəlizliklərdə aradan qaldırıb deyə, aşağı sinif şagirdinin repetiror yanına getməsinə luzum qalmır. Eyni zamanda müəllimlərin bilik səviyyəsinin son illər yüksəlməsi də bu problemi aradan qaldırıb.

- Bir prdaqoq kimi, orta məktəblərdə şagirdlər arasında aparılan vətənpərvərlik təbliğatı sizi qane edirmi?

- Hər bir müəllimin, ixtisasından, tədris etdiyi fənndən asılı olmayaraq şagirdlər arasında Vətən sevgisini aşılamağa borcludur. Çünki, bu günün şagirdi sabahın əsgəridir, Vətənin səngərində xidmət edən oğuldur. Səngərdə dayanan əsgərin də iliyinə qədər Vətən eşqi olması vacibdir. Nə qədərki, torpaqlarımızın bir qismi işğal altındadır, bizim məktəblilər bu eşqlə böyüməlidir. Bu müqəddəs eşq də ona orta məktəbdə aşılanmalıdır və aşılanır. Rəhbəri olduğum "Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində ildə bir neçə dəfə tədbirlər keçirdirik, lseyimizin şagirdləri ilə birlikdə hərbi hissələrə, cəbhə xəttinə səfər edirik, qazilərimiz, şəhid ailələri ilə görüşürük. Hər il Novruz Bayramı ərəfəsində əsgərlərə xatirə kitabları ilə yanaşı, bayram sovqatı da aparırıq. Bu tədbirlər, bu səfərlər şagirdlərimizdə müsbət xatirələr yaradır. Aprel zəfərinin iştirakçıları ilə hər görüşümüz şagirdlərdə vətənpərvərlik ruhunun və hərb sənətinə həvəsin artırır.

- Nuranə xanım, Siz həmdə anasız. Ailənizdə bir oğul övladı böyüyür. Ona yetərincə zaman ayıra bilirsizmi?

- Oğlum Yusif hazırda tam orta təhsil pilləsinin XI sinif şagirdidir. Mən bütün öhdəliklərimlə yanaşı, mənim üçün ən ali öhdəlik olan analıq öhdəliyini bir an olsun belə unutmuram. Onu vətənimizə, cəmiyyətimizə, gərəkli bir insan kimi böyütmək, tərbiyə etmək üçün çalışıram. Ən böyük arzum oğlumun babası kimi ədalətli, cəsur, qorxmaz, xeyirxah qanun keşikçisi olan hüquqşünaslıq yolunu davam etdirməsidir. Yorğun və gərginliklərə baxmayaraq çalışıram oğluma zaman ayıram, onun təhsili ilə yaxından maraqlanım. Şükürlər olsun Tanrıma ki, övladım çox həssas, ağıllı və məsuliyyətlidir. O özü üzərinə düşən öhdəlikləri yerinə yetirməyi bacarır. Buda məni çox sevindirir.

- Müsahibə üçün çox sağ olun. Sizə həm seçkilərdə, həmdə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.
Nuranə Şıxəliyeva: Dövlətimə, Xalqıma,Vətənimə ləyaqətli xidmət və sevgi həyat amalımdır

FACEBOOK ŞƏRH YAZ