• Dünya • İdman • Gündəm

Kriştianu Ronaldo 8 milyon avroya mənzil alıb

1 569
18-12-2019, 11:00

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo yeni mənzil alıb.

BAKU.NEWS-un məlumatına görə, 34 yaşlı hücumçu Lissabonun mərkəzində aldığı daşınmaz əmlak üçün 8 milyon avro ödəyib.

K.Ronaldo aldığı mənzili öz tələblərinə uyğun şəkildə dəyişdirib. O, Portuqaliyaya getdiyi vaxtlarda ailəsi ilə birlikdə burada yaşayacaq.

288 kvadrat metr sahəsi olan mənzildə üç yataq otağı, qonaq otağı, mətbəx və yemək otağı var. Mənzilin damında 260 kvadrat metrlik hovuz yerləşir. Evdə xüsusi maşın saxlama yeri və kinozal da var.

Digər iki müştəri ilə müqayisədə daha çox ödəməklə evə sahib çıxan K.Ronaldo “Yuventus”la müqaviləyə əsasən ildə 30 milyon avroya yaxın qazanır. Bir müddət öncə portuqaliyalı 7 mərtəbəli bina almışdı.

Qeyd edək ki, portuqaliyalının əsas rəqibi sayılan İspaniya “Barselona”sının argentinalı futbolçusu Lionel Messi bir müddət əvvəl ABŞ-da 5 milyon dollarlıq mənzil alıb.

FACEBOOK ŞƏRH YAZ