• İdman • Gündəm

“İnter” xal itirib, “Yuventus” liderə çatıb

1 552
16-12-2019, 10:30

İtaliya A seriyasında XVI tur davam edir.

BAKU.NEWS-un məlumatına görə, turun ikinci günündə 6 qarşılaşma baş tutub.

Son çempion “Yuventus” “Udineze”yə qalib gəlib. “Milan” isə “Sassuolo” ilə görüşdə xal itirib.

“Roma” “Spal”ı, “Bolonya” “Atalanta”nı məğlub edib. “Torino”dan üç qol buraxan “Verona” geridönüşlə bir xal qazanıb.

Yarışın lideri “İnter” “Fiorentina”nın qonağı olub. Milan təmsilçisi son dəqiqədə buraxılan qolla qələbəni əldən verib.

Qeyd edək ki, tura dekabrın 16-da yekun vurulacaq.

İtaliya A seriyası
XV tur
15 dekabr
“Verona” – “Torino” – 3:3
Pazzini, 69 (pen.), Verre, 76, Stepinski, 84 – Ansaldi, 36, 61, Berenquer, 55
“Milan” – “Sassuolo” – 0:0
“Bolonya” – “Atalanta” – 2:1
Palasio, 12, Poli, 53 – Malinovski, 60
“Yuventus” – “Udineze” – 3:1
Ronaldo, 9, 37, Bonuççi, 45 – Pussetto, 90
“Roma” – “Spal” – 3:1
Pelleqrini, 53, Perotti, 66, Mxitaryan, 90 (pen.) – Petanya, 44 (pen.)
“Fiorentina” – “İnter” – 1:1
Vlahoviç, 90 - Valero, 8

FACEBOOK ŞƏRH YAZ