• Cəmiyyət • Hadisə • Gündəm

Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

443
15-12-2019, 14:54

Bakı Metrosunda təhlükəli anlar yaşanıb.

BAKU.NEWS xəbər verir ki, 20 yaşlı oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Qurum rəsmisi hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə səhər saat 08:33 radələrində metronun “Azadlıq Prospekti” stansiyasında baş verib:

“1999-cu il təvəllüdlü O.E. adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çəxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib”.

B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ