• Şou-biznes • Gündəm

“YouTube” son on ilin ən məşhur kliplərinin reytinqini tərtib etdi

365
14-12-2019, 10:48

“YouTube” 2010-cu ildən 2019-cu ilə qədər olan dövr ərzində ən məşhur kliplərin reytinqini təqdim edib.

Qeyd edilir ki, kliplər internet-platformada 37 mlrd dollar baxış toplayıb.

Beləliklə, ən çox baxılan kliplər arasında birinci yeri Luis Fonsi və Daddi Yankinin (Daddy Yankee) 2017-ci ildə “Despacito” mahnısına çəkilmiş klip tutub.

İkinci yerdə isə Ed Şiranın “Shape of You” mahnısının klipi gəlir. Onun “Thinking Out Loud” kompozisiyasının roliki isə ən çox baxılan kliplərin reytinqini qapayır. Britaniyalı videorolikləri reytinqə iki dəfə düşən yeganə müğənnidir.

Həmçinin “YouTube” Castin Biberin “Sorry”, Keti Perrinin “Roar” və “Maroon 5” qrupunun “Sugar” mahnılarına çəkilmiş klipləri də reytinqə daxil edib.

FACEBOOK ŞƏRH YAZ