• Hadisə • Kriminal • Gündəm • Bölgə

Sumqayıt sakini tanışları tərəfindən bıçaqlanıb

1 055
28-11-2019, 11:57

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 2-ci mikrorayon sakini, 1983-cü il təvəllüdlü Paşayev Pərviz Şakir oğlu ilə 3 nəfər tanışı arasında mübahisə düşüb. Söz davası əvvəlcə P. Paşayevin yaşadığı həyətdə, daha sonra isə başqa ərazidə davam edib. Nəticədə 36 yaşlı P. Paşayev həmin şəxslər tərəfindən bıçaqlanıb. Ağır bıçaq xəsarətləri alan P. Paşayev dərhal xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat olunub. Hadisədə iştirak edən hər 3 şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ