• Cəmiyyət • Sosial • Gündəm

Yeni ildə 7 gün iş olmayacaq - QƏRAR

1 553
2-12-2019, 21:19

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib.

BAKU.NEWS "Report"-a istinadən xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü sayılır.

FACEBOOK ŞƏRH YAZ