• Cəmiyyət • Sosial • Gündəm

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlandı

546
2-12-2019, 20:42

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.NEWS xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

FACEBOOK ŞƏRH YAZ