• Sosial • Hadisə • Gündəm

Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO

423
2-12-2019, 19:21

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

Bunu BAKU.NEWS -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO

FACEBOOK ŞƏRH YAZ