• İdman • Gündəm

“Prezident Kuboku” festivalında 11 döyüş növü üzrə yarışlar keçiriləcək

664
2-12-2019, 08:52

Bakıda baş tutacaq “Prezident Kuboku” beynəlxalq döyüş sənətləri festivalında 11 idman növü üzrə yarışlar keçiriləcək.

Bu sözləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy Bakıda ilk dəfə keçiriləcək “Prezident Kuboku” beynəlxalq döyüş sənətləri festivalı haqqında məlumat verərkən deyib.

Festival barədə danışan A.Həsənsoy qeyd edib: “Yarış dekabrın 22-25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Ölkəmizdə ilk dəfə keçiriləcək turnir Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə baş tutacaq. Festivalda xarici ölkələrdən də idmançılar iştirak edəcəklər. Artıq xarici dövlətlərdən bir neçəsi iştirakını təsdiq edib. Yaxın günlərdə isə xarici və yerli idmançıların sayı dəqiqləşəcək. Bu yarışı keçirməkdə məqsədimiz festivalın ənənəvi xarakter almasıdır. Ölkəmizdəki güclü idman infrastrukturu bundan daha böyük yarışları keçirməyə imkan verir”. (Azərtac)

FACEBOOK ŞƏRH YAZ