• Dünya • Hadisə • Gündəm

Avtomobil fabrikində güclü yanğın olub

267
2-12-2019, 08:25

Türkiyənin Düzcə şəhərində Birinci Mütəşəkkil Sənaye Bölgəsindəki avtomobil hissələri istehsal edən fabrikdə yanğın baş verib.

Qısa müddətdə geniş ərazini əhatə edən yanğının söndürülməsinə Bolu, Sakarya və Kocaeli şəhərlərindən də yanğısöndürən texnikalar cəlb edilib.

Düzce valisi Zülkif Dağlı bildirib ki, fabrik böyük əhəmiyyət kəsb edən sənaye müəssisəsi olduğuna görə, yanğını tez bir zamanda söndürmək üçün Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsindən (AFAD) də helikopter istənilib.

FACEBOOK ŞƏRH YAZ