• Hadisə • Gündəm • Bölgə

Şəmkirdə baş verən ağır yol qəzasında 5 nəfər ölüb

808
1-12-2019, 22:31

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ