• Siyasət • Dünya • Gündəm

KİV: Konqresdə Trampın impiçmenti ilə bağlı məruzə üzrə səsvermə olacaq

311
1-12-2019, 22:48

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə xüsusi komitəsi prezident Donald Trampın impiçmenti üzrə araşdırma ilə bağlı məruzəni dekabrın 2-də öyrənəcək.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti bildirib.

Məlumata görə, növbəti gün bununla bağlı səsvermə keçiriləcək.

Gözlənildiyi kimi, sənədin öyrənilməsinin başlanğıcından bir sutkadan sonra komitədə əksəriyyətə malik olan demokratlar hesabatı dəstəkləyəcəklər. Qəzetin məlumatına görə, bu, prosesdə əhəmiyyətli addım olacaq.

Qeyd edilir ki, məruzə sonra Hüquq komitəsinə göndəriləcək. Dekabrın 4-də isə impiçment proseduru çərçivəsində dinləmələr keçiriləcək.

Sentyabrın 24-də Demokrat Partiyası tərəfindən nəzarət edilən Nümayəndələr Palatası ABŞ lideri barəsində impiçment prosedurunun işə salındığını elan edib.

FACEBOOK ŞƏRH YAZ