• Dünya • Hadisə • Gündəm

ABŞ-da təyyarə qəzaya uğrayıb - 9 nəfər həlak olub

314
1-12-2019, 09:39

ABŞ-ın Cənubi Dakota ştatında təyyarə qəzası nəticəsində iki azyaşlı da daxil olmaqla 9 nəfər həlak olub.

Bu barədə NBC telekanalı bildirib.

Məlumata əsasən, təyyarənin göyərtəsində hadisə zamanı 12 nəfər olub. Bildirilir ki, yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsi havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra yerə düşüb.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

FACEBOOK ŞƏRH YAZ