• İqtisadiyyat • Gündəm

TANAP Avropaya bağlanır - CANLI

361
30-11-2019, 15:22

Trans Anadolu Qaz Boru Xəttinin (TANAP) Avropaya bağlanması Türkiyənin İspala rayonunda təşkil olunan mərasimlə gerçəkləşdiriləcək.

BAKU.NEWS xəbər verir ki, rayonun Sarıcaəli kəndində yerləşən TANAP MS4 Ölçüm Stansiyasında başlayacaq mərasimə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qatılması gözlənilir.

Bundan başqa, mərasimə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz və əlaqədar ölkələrin energetika nazirləri qatılacaq.

Yeddi milyard dollar investisiya yatırılmış TANAP sabah Yunanıstan sərhədindəki Trans Adriatik Boru Xətti (TAP) vasitəsilə Avropaya bağlanacaq. Avropa qismindən isə TAP üzərindən qaz nəqlinə başlanılacaq.

FACEBOOK ŞƏRH YAZ