• Dünya • İdman • Hadisə • Gündəm

“Qarabağ”ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırıldılar

866
29-11-2019, 10:05

Ermənilər “Qarabağ”ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

BAKU.NEWS xəbər verir ki, “Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisinin səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzduğu matç zamanı “Ramon Sançes Pisxuan” stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.

Xatırladaq ki, ermənilər “Qarabağ”ın “Düdelanj”la görüşündə də bayraq təxribatına əl atmışdılar.

FACEBOOK ŞƏRH YAZ