• Mədəniyyət • Gündəm

Rumıniyanın Sibiu şəhərində “Ənənəvi toy süfrəsi” Kulinariya Ənənələri Konqressi keçirilib

1 110
27-11-2019, 18:31

BAKU.NEWS -a Milli Kulinariya Mərkəzindən verilən məlumata görə, 16.11.2019 - 21.11.2019-cu il tarixlərdə Rumıniyanın Sibiu şəhərində “Ənənəvi toy süfrəsi” Kulinariya Ənənələri Konqressi keçirilib.

Konqressdə Azərbaycanı Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova və Milli Kulinariya Assosiasiyasının üzvü, “Monte Napoleone” restoranının baş aşpazı Hüseyn Quliyev təmsil etmişlər.

Ceyran Əsgərova “Azərbaycan milli toy süfrə mədəniyyəti” adlı məruzə ilə çıxış etmiş, Hüseyn Quliyev isə ənənəvi toy xörəklərini hazırlayıb təqdim edərək milli toy süfrəsini təşkil etmişdir.

Hazırlanan milli xörəklərimiz tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Milli Kulinariya Mərkəzindən verilən məlumata əsasən, “Ramada” Sibiu otel restoranının baş aşpazı milli mətbəx nümunəmiz olan "Şah" plovun hazırlama texnologiyasını kulinarlarımızdan öyrənmiş və “Ramada” Sibiu otelinin restoranında menyuya daxil ediləcəyini söyləmişdir.

Tədbirdə 25 ölkənin (İtaliya, Slovakiya, Malayziya, Moldova, Çin, Ukrayna, Tunis, Əlcəzair, Butan, Xorvatiya, Albaniya, Meksika, Hollandiya, Avstraliya, Kanada, Avstriya, Özbəkistan, Yunanıstan, Finlyandiya, Almaniya, İsveç, İsveçrə, Hindistan, Serbiya və Azərbaycan) nümayəndələri tərəfindən toy ənənələrini əks etdirən süfrələr təqdim olunmuşdur və iştirakçıların cıxışları dinlənilmişdir.

Keçirilən müsabiqədə komandamız diplomlar və qızıl medalla təltif edilmişdir.

Milli Kulinariya Mərkəzindən kulinarlarımızın qeyd edilən tədbirdə iştirak etməsi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə və “Monte Napoleone” restoranının rəhbərliyinə təşəkkür bildirildi.

Rumıniyanın Sibiu şəhərində “Ənənəvi toy süfrəsi” Kulinariya Ənənələri Konqressi keçirilib









FACEBOOK ŞƏRH YAZ