• Sosial • Gündəm

İcra başçısı Bakıdakı qəzalı bina ilə bağlı Baş nazirə müraciət etdi

478
27-11-2019, 16:38

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.

BAKU.NEWS-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş nazirə müraciətinə baxılıb:

“Baş nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayonu İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb”.

FACEBOOK ŞƏRH YAZ