Bakıda alpaqut üzrə ikinci dünya çempionatının birinci günü gərgin idman mübarizəsi ilə yadda qaldı. Bu nüfuzlu yarışda 24 ölkədən 500-dən çox idmançının mübarizə aparması turnirə və idmanın bu növünə artan marağın göstəricisidir. Yarışların birinci günündə aşağı yaş qruplarında idmançılar çıxış edirlər. Bu çempionat da yüksək səviyyədə təşkil olunub.
Bu sözləri Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
O qeyd edib ki, birinci dünya çempionatında olduğu kimi budəfəki yarışlarda da Azərbaycan komandası fərqlənir. İdmançılarımız gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda uğurla çıxış edirlər. Ümid edirik ki, komandamız bu yarışı da qələbə ilə başa vuracaq.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.
• İdman
• Gündəm
"İdmançılarımız gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda uğurla çıxış edirlər"

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Bakıda 12 min manatlıq saat oğurlandı
-
Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO
-
Səhiyyə Nazirliyindən Bakıdakı yanğınla bağlı - RƏSMİ AÇIQLAMA
-
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
-
Bakıda bazar yanır
-
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)
-
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
-
MSK beynəlxalq təşkilatlara dəvətlər göndərib
-
Elvin İsayev Azərbaycana deportasiya edildi
-
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib
-
Sabahın hava proqnozu
-
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir