• Hadisə • Gündəm • Bölgə

Cəlilabadda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vuraraq öldürüb

920
24-11-2019, 11:37

Cəlilabad rayonunda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vurub.

BAKU.NEWS xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Eçara kəndində qeydə alınıb.

Kənd sakini, Hüseynov Nürsəl Həmzə oğlunun təsərrüfatına məxsus bir baş qoyunu elektrik cərəyanı vuraraq öldürüb.

Təsərrüfat sahibi N.Hüseynovun verdiyi məlumata görə, qoyunlar transformatorun yaxınlığında ölüb: "Hadisə yerinə gələn işıq idarəsinin əməkdaşları bildiriblər ki, transformator nasazlıq səbəbindən ətrafa elektrik cərəyanı ötürürmüş. Hadisə də bu səbəbdən baş verib. Yaxşı ki, ora əvvəlcə biz yaxınlaşmamışıq. Yoxsa elektrik cərəyanı bizi də vura bilərdi".

FACEBOOK ŞƏRH YAZ