• İqtisadiyyat • Gündəm

“Buta Airways” Bakı-Odessa-Bakı istiqamətinə uçuşları dayandırıb

22-11-2019, 16:22

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya uçuşları dayandırıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından, uçuşlar yay mövsümünə qədər dayandırılıb.

2020-ci ilin mayından Bakı-Odessa-Bakı reysi üzrə uçuşlar bərpa ediləcək. Bakı-Xarkov-Bakı istiqamətinə isə uçuşlar qış aylarında da davam etdiriləcək.

Qeyd edək ki, mayın 16-dan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya birbaşa uçuşlara başlamışdı. Bu istiqamətə aviareyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetirilirdi. Bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edirdi. (Azərtac)

FACEBOOK ŞƏRH YAZ