• Gündəm • Hava

Quba, Qusar və Xızı rayonlarına qar yağıb

22-11-2019, 11:10

Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.

Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

FACEBOOK ŞƏRH YAZ