• Cəmiyyət • Gündəm

Azərbaycanda kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib

22-11-2019, 10:00

"Mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 000-ə çatıb".

BAKU.NEWS-un xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır: "Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir".

F.Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.

FACEBOOK ŞƏRH YAZ