• Hadisə • Gündəm

BDU-da FACİƏ: 1 tələbə öldü

564
21-11-2019, 14:30

Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Tibbi Yardıma bununla bağlı saat 12:35-də daxil olub:

"Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir". (Lent.az)

FACEBOOK ŞƏRH YAZ