• Dünya • İdman • Gündəm

Ronaldu gizli evləndi

21-11-2019, 00:40

“Yuventus”un və Portuqaliya millisinin ulduz oyunçusu Kriştianu Ronaldunun gizli şəkildə nişanlısı Corcina Rodrigeslə evləndiyi deyilir.

“Novella 2000” bildirir ki, toy Mərakeşdə baş tutub. Mərasimin gizlilik səbəblərindən biri futbolçunun anası Dolores Aveyrunun gəlinini sevməməsidir.

Cütlük həmçinin toylarında fotoqraf və jurnalistlərin olmamasını istəyiblər.

Bildirilir ki, Ronaldu tez-tez Mərakeşə səfər edir. Onun orada öz markası olan “Pestana CR7” adı ilə hotel açacağı gözlənilir.

Corcina və Ronaldu 2016-cı ildən görüşməyə başlayıblar. 2017-ci ilin noyabrında Rodriges Alana Martina adlı qız övladını dünyaya gətirib.

Ümumilikdə Ronaldunun 4 övladı var. Onlardan üçünü surroqat ana dünyaya gətirib.

FACEBOOK ŞƏRH YAZ