• İqtisadiyyat • Gündəm

Azərbaycanın İqtisadiyyat naziri bu quruma sədr seçildi

20-11-2019, 13:00

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib.

BAKU.NEWS xəbər verir ki, noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilir. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr edilib.

Görüşdə İqtisadiyyat naziri M.Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

İclas iştirakçıları yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadləsi aparacaqlar.

FACEBOOK ŞƏRH YAZ