• Siyasət • Dünya • Gündəm

Tbilisidə aksiyaçılar parlamentin qarşısında böyük çadır qurublar

251
16-11-2019, 22:15

Tbilisidə aksiyanın keçirildiyi parlamentin binası qarşısında müxalifət nümayəndələri böyük ölçüdə çadır qurublar.

BAKU.NEWS xəbər verir ki, "Report"un yerli bürosu xəbər verir ki, çadır aksiya təşkilatçıları üçün qərargah funksiyasını yerinə yetirəcək.

"Güc birlikdədir" müxalif birliyinin təmsilçisi Giorgi Vaşadze bildirib ki, aksiya təşkilatçıları çadırda məsləhətləşmələr aparacaqlar.

O qeyd edib ki, müxalifətin sabah saat 15:00-a təyin olunan kütləvi aksiyasına hazırlıq işləri aparılır.

G.Vaşadze sabahkı aksiyada müxalifətin fəaliyyət planının açıqlanacağını deyib.

FACEBOOK ŞƏRH YAZ