• Kriminal • Gündəm

Ər həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdi

308
16-11-2019, 12:17

Gəncədə qətl hadisəsi baş verib.

Hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib.

Ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.

Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)

FACEBOOK ŞƏRH YAZ