Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.
Yanğın “Neapol” dairəsi, Neapol küçəsi 16 ünvanında qeydə alınıb. İkibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazidə yanıb.
BAKU.NEWS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, 18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı təxminən, 20 kv/m, 2 mənzilin isə həm mansard, həm də daxilində olan yanar konstruksiyaları, 60 kv/m sahədə yanıb:
“Eyni zamanda, binanın birinci mərtəbəsindən on səkkizinci mərtəbəsinə qədər şaxta hissəsindən keçən naqillər təxminən, 60 p/m sahədə yanıb. Əraziyə 2-ci dərəcəli çağırış elan edilib. Bakı qarnizonunun 15 yanğınsöndürmə avtomobili və 64 nəfər briqada heyəti cəlb edilib. Bina sakinləri təxliyyə edilib, mənzil və mansardlarda olan yanar konstruksiyalar sökülərək yanğının qarşısı alınıb”.
Ə.Novruzov bildirib ki, yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsi olub:
“Mansardda olan 6 mənzildən 5-i xeyli zərər görüb, həmin mənzillərdə yaşayanlar arasında xəsarət alanlar var və onlara əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilkin tibbi yardım göstərib. Yanğın zamanı FHN-in əməkdaşlarından xəsarət alan olmayıb. Ümumilikdə isə hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər zərərçəkənlər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib”.
Hadisə zamanı xəsarət alanların siyahısı:
1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı;
Onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı;
32 yaşlı Əliyev Zaur Arzuman oğlu;
Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı;
Onların övladları: 2013-cü il təvəllüdlü Əliyeva Ayan Zaur qızı; 2016-cı il təvəllüdlü Əliyeva Aliyə Zaur qızı; 2018-ci il təvəllüdlü Əliyev Asim Zaur oğlu;
33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı;
Onun övladları: 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu; 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı.
• Cəmiyyət
• Hadisə
• Gündəm
Bakıda hündürmərtəbəli binada yanğın baş verdi, 10 nəfər zəhərləndi - FOTO
FACEBOOK ŞƏRH YAZ
AKTUAL
- Uzun müddət ac qalan mədəni tütün tüstüsü ilə doyurmaq xəstəliklərə səbəb olur
- Ustaların sirri: Paltaryuyan maşına 1 stəkan əlavə edin
- Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? - Həkim AÇIQLADI
- Gözlərdə yüksək xolesterol səviyyəsini necə təyin etmək olar? - Oftalmoloqdan AÇIQLAMA
- Kökəlmək istəsəniz, bunları edin
- Keyfiyyətli yuxu üçün nə etməliyik?
- Abad məhəllələrdə Novruz şənliyi
- Ali Məhkəmə tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir - VƏKİL RƏYLƏRİ
- Zob xəstəliyinə endemik bölgələrdə daha çox rast gəlinir
- Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır - VİDEO
- Böyük Britaniya kralı III Çarlz ölüb?
- Coca-Cola 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib