• Siyasət • Gündəm

Türkiyə prezidentinin oğlu: “Siyasətlə məşğul olmağı düşünmürəm”

330
14-11-2019, 17:51

“Mən aktiv siyasətin içində yer almaq istəmirəm. Siyasət bizim ailəmizə yük oldu, iftiralara məruz qaldıq, bir çox çətinliklərlə üzləşdik. İtaliyada təhsil alarkən terrorçu qrupun təmsilçiləri tərəfindən məktəbin divarlarına “qatil Ərdoğan” yazıları belə yazıldı”.

Türkiyə przeidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasyiyası prezidenti Bilal Ərdoğan CNN TÜRK-ün “Tərəfsiz bölgə” proqramının qonağı olarkən bu fikirləri bildirib.

Bilal Erdoğan deyib ki, prezident oğlu olmağı özünə bir problem olaraq qəbul etdiyi üçün siyasət yolunu yox, inandığı dəyərləri inkişaf etdirmək yolunu seçib: “İnkişaf etmiş ölkələrdə qeyri-hökumət təşkilatları öndə gedir, siyasət onu təqib edir. 15 ilim keçən Avropada, Amerikada da bunu gördüm. Bu səbəbdən də mən qeyri-hökumət təşkilatlarının inkişafına maraqlıyam, siyasətlə məşğul olmağı düşünmürəm. Bizim köklü bir mədəniyyətimiz var, bunu yaşatmalıyıq. Mənim də işim az deyil və prezidentimizin onsuz da çox olan işinə əlavə yük olmaq istəmirəm. Nə sosial medianı, nə medianı, nə televiziyanı izləyirəm, öz gündəmim, öz işlərim var”.

Bilal Ərdoğan QHT fəaliyyətindən başqa bizneslə məşğul olduğunu da deyib: “10 ildən çoxdur restoran biznesində çalışıram. Bir də əmim və kürəkənimizlə birgə inşaat işilə məşğulam”.

Etnospor Konfederasiyası rəhbəri olaraq Bilal Ərdoğan Azərbaycanla, Qırğızstanla, Qazaxıstanla, Macarıstanla, Yaponiya ilə əməkdaşlıq etməklə milli ənənəvi idman növlərini inkişaf etdirməyə inandığını da qeyd edib. (APA)

FACEBOOK ŞƏRH YAZ