• Kriminal • Gündəm

Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb

664
14-11-2019, 17:13

Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb.

BAKU.NEWS xəbər verir ki, Bakı-Dubay reysinin təyyarəsində sərnişin olan T.Vahabovun çantasından oğurluq edilib.

Məlumata görə, ona məxsus 10 min ABŞ dolları və 710 manat pul oğurlanıb. Hadisə vaxtı zərərçəkən Dubay şəhərinə gedirmiş.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

FACEBOOK ŞƏRH YAZ