• Dünya • Hadisə • Gündəm

İranda dəhşətli qəza: 28 nəfər öldü

323
14-11-2019, 16:08

İranın cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi zamanı 28 nəfər ölüb.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında qanunsuz miqrantları daşıyan iki pikapın toqquşması nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb”, - məlumatda bildirilib.

Qəza Əfqanıstan və Pakistan sərhədindəki Sistan-Bəlucistan yolunda qeydə alınıb. Ölənlərin vətəndaşlığı açıqlanmır.

FACEBOOK ŞƏRH YAZ