• Dünya • Hadisə • Gündəm

Slovakiyada yol qəzası baş verib, 13 nəfər ölüb

370
13-11-2019, 18:55

Slovakiyanın Nitra şəhəri yaxınlığında, paytaxt Bratislava şəhərinin 90 kilometr şərqində avtobusla ağır yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb.

BAKU.NEWS “Reuters”ə istinadən xəbər verir ki, xilasetmə xidmətinin ilkin məlumatına görə, hadisə nəticəsində 20-dək xəsarət alan var və bu rəqəmin artacağı ehtimal edilir.

Polisin bildirdiyinə görə, bir neçə nəfər avtobusun içində çıxılmaz vəziyyətdə qalıb.

Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.

FACEBOOK ŞƏRH YAZ