• Sosial • Turizm • Gündəm

Rusiyadan Bakıya yeni reys açıldı

435
12-11-2019, 15:55

Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır.

“Smartavia” aviokompaniyası 2019/2020-ci il qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov-Don və Ufaya daimi reyslər açacaq.

Azərbaycan paytaxtına “Smartavia” təyyarəsi həftədə iki dəfə, İjevsk və Rostova üç dəfə, Ufaya isə dörd dəfə uçuş təşkil edəcək.

FACEBOOK ŞƏRH YAZ