• İqtisadiyyat • Gündəm

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

415
12-11-2019, 10:43

Sabah, noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

FACEBOOK ŞƏRH YAZ