• Kriminal • Gündəm

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb

356
11-11-2019, 10:49

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədənin kimliyi hələlik məlum deyil.

Qətlə yetirilən 30 yaşlı Mirağa Əliyevin şəhərdəki valyutadəyişmə məntəqələrindən birində işlədiyi, onu şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən şadlıq sarayında keçirilən toydan çıxarkən sarayın yaxınlığında bıçaqlandığı və aldığı ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə ekspertizaya aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb (Report)

FACEBOOK ŞƏRH YAZ