• Hadisə • Gündəm • Bölgə

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

1 533
10-11-2019, 14:17

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.NEWS "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

FACEBOOK ŞƏRH YAZ