• Siyasət • Qarabağ • Gündəm

Lavrov Qarabağ münaqişəsini müzakirə etmək üçün Yerevana gedir

281
8-11-2019, 19:52

Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Yerevana rəsmi səfər edəcək.

BAKU.NEWS -un Rusiya KİV-ə istinadən məlumatına görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, S.Lavrov Ermənistanın Baş naziri, Prezidenti, Xarici İşlər naziri ilə görüşəcək.

Onun sözlərinə görə, Rusiya-Ermənistan arasında ikitərəfli əməkdaşlığın geniş spektri, regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək.

FACEBOOK ŞƏRH YAZ