• Cəmiyyət • Gündəm

Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya BAŞLADI

366
8-11-2019, 15:53

Sosial şəbəkələrdə Azərbaycan ərazisində törədiliyi iddia olunan bir hadisənin videogörüntüsü yayılıb. Vidogörüntüdə yerdə qan içərisində çabalayan qızın orta məktəbin yuxarı sinif şagirdi olduğu, qeyri-qanuni hamilə qaldığı üçün Rusiyada yaşayan atasının göstərişilə əmisi tərəfindən başının kəsildiyi iddia edilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:

“Sosial şəbəkələrdə yayılan video ilə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır. Hadisənin harada, nə vaxt baş verdiyi öyrənilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

FACEBOOK ŞƏRH YAZ