• İqtisadiyyat • Gündəm

"Bakı Metropoliteni" 12 yeni qatar alacaq

369
8-11-2019, 14:43

Yaxın 3 il ərzində "Bakı Metropoliteni" QSC proporsional olaraq hər il 4 qatar alacaq.

BAKU.NEWS-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib

Onun sözlərinə görə, bu illər ərzində ömrünü başa vuran vaqonların istismardan çıxarılması ilə bağlıdır.

"Gələn ilin fevral ayında birinci qatar Bakıya gətiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, qatarlar Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-dən alınır.

FACEBOOK ŞƏRH YAZ