• Cəmiyyət • Gündəm

Məşhur milyonçunun Mərdəkandakı evi təmir olunur - FOTOREPORTAJ

476
6-11-2019, 17:07

Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində yerləşən evi əsaslı şəkildə təmir olunur. Artıq bir ay olar ki, evdə təmir işlərinə başlanılıb. İşlərin gələn ilin fevral ayında yekunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib. Ömrünün son illərini bu evdə keçirib. Tağıyev 1924-cü ilin sentyabrın 1-də həmin evdə vəfat edib.

Milyonçunun vəfatından sonra Böyük Vətən Müharibəsi illərində onun mülkündə təxliyyə hospitalı yerləşib. Tağıyevin 1885-1924-cü illərdə yaşadığı ev uzun müddət baxımsız qalmışdı və uçmaq təhlükəsi ilə üzləşmişdi.

Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən evindən hazırlanan fotoreportajı təqdim edirik (Azvision)


Məşhur milyonçunun Mərdəkandakı evi təmir olunur - FOTOREPORTAJ





















































FACEBOOK ŞƏRH YAZ