• Hadisə • Gündəm

Bakıda mənzildə meyit aşkarlandı

154
6-11-2019, 14:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

BAKU.NEWS FHN-nin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

FACEBOOK ŞƏRH YAZ