• Sosial • Gündəm

Hesabat: Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır

157
6-11-2019, 11:54

Dünyada ingilis dilində ən yaxşı danışanlar Niderland sakinləridir.

BAKU.NEWS xəbər verir ki, bu barədə "The English Proficiency Index"in (EPI) 2019-cu ilin yekunları üzrə hesabatında bildirilib.

Siyahıda İsveç ikinci, Norveç isə üçüncü yeri tutub.

İngilis dilində çox yaxşı (very high) danışılan ölkələr arasında Danimarka, Sinqapur, Cənubi Afrika, Finlandiya, Avstriya, Lüksemburq və Almaniya da var.

Qonşu ölkələrdən Rusiya ingilis dilini aşağı (low) səviyyədə bilən ölkələr kateqoriyasına düşərək 48-ci yeri tutub. Gürcüstan və İran da bu kateqoriyaya düşərək müvafiq olaraq 56-cı və 69-cu olublar.

Türkiyə ingilis dilini çox aşağı (very low) səviyyədə bilən ölkələr sırasındadır və siyahıda 79-cu yerdə qərarlaşıb.

Hesabata əsasən, Azərbaycanda da ingilis dilini bilmə səviyyəsi çox aşağıdır (very low) və ölkəmiz reytinqdə 85-ci yeri tutub.

Sorğuda iştirak edən azərbaycanlı kişilərin 45,89%-nin, qadınların isə 46,29%-nin ingilis dilində danışdığı məlum olub.

Ən aşağı göstəricilər Səudiyyə Ərəbistanı və Qırğızıstanda qeydə alınıb. Reytinqdə sonuncu yeri Liviya tutub.

Qeyd edək ki, hesabat xarici dillərin tədrisi üzrə qlobal şirkət olan "Education First" (EF) ilə birlikdə hazırlanıb və 100 ölkəni əhatə edir. Reytinq siyhısıHər ölkədə kişilər və qadınlar arasında aparılan sorğuların nəticələrinə əsaslanır.

Hesabat: Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır

FACEBOOK ŞƏRH YAZ