• Gündəm • İdman

Milli Paralimpiya Komitəsinin prezidenti media nümayəndələri ilə görüşdü - FOTOLAR

425
28-03-2019, 19:05

Bu gün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bir qrup media nümayəndəsi ilə görüş keçirtdi.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində media nümayəndələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə Milli Paralimpiya Komitəsinin prezidentii İlqar Rəhimov açaraq jurnalistləri salamladı. Sonra May ayında Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışı ilə bağlı geniş məlumat verdi.
Görüşdə qarşıdakı para cüdo üzrə beynəlxalq qran-pri yarışının informasiya dəstəyi və digər məsələlər ilə bağlı media nümayəndələri ilə məsləhətləşmələr aparıldı.
Tədbirdə Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Komitənin baş katibi Kamal Məmmədov və Mətbuat Xidmətinin rəhbəri Teymur Həciyev də iştirak edirdi.
Görüşə dəvət edilənlər arasında Baku.News xəbər portalının baş redaktoru Etibar Toğrulda var idi.
Sonda xatirə şəkli çəkildi.





FACEBOOK ŞƏRH YAZ