• Siyasət • Dünya • Gündəm

ABŞ İranın Fordo müəssisəsində uranın zənginləşdirilməsi barədə qərarını pisləyib

173
6-11-2019, 09:49

ABŞ Dövlət Departamentinin nümayəndəsi İran hökumətinin noyabrın 6-da Fordo müəssisəsində uranın zənginləşdirilməsi ilə bağlı verdiyi qərarı tənqid edib.

BAKU.NEWS-un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Onun fikrincə, belə bir addım İranın daha da siyasi və iqtisadi təcridinə səbəb olacaq.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, rəsmi Tehranın zənginləşdirmə proqramını genişləndirmək üçün heç bir əsaslı səbəbi yoxdur.

“Yeganə səbəb nüvə şantajına cəhddir” deyə, diplomat vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ