• Dünya • Kriminal • Gündəm

Tailandın cənubunda 15 nəfər silahlı hücumun qurbanı olub

192
6-11-2019, 08:34

Tailandın cənub hissəsində Yala əyalətindəki nəzarət-buraxılış məntəqəsinə edilən silahlı hücum nəticəsində azı 15 nəfər ölüb, dörd nəfər yaralanıb.

BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hücumdan sonra cinayəkarlar polislərin onları izləməməsi üçün yola partlayıcı maddələr və kəsici alətlər atıblar.

Qeyd edək ki, silahlı yaraqlılar 2004-cü ildən Taylandın cənubunda müsəlmanların yaşadığı ərazilərdə faəliyyət göstərirlər. Onlar bu bölgənin dövlətdən ayrılmasını və Pattani, Yala və Narathivat əyalətlərində sultanlığın yaradılmasını istəyirlər.

Bugünə qədər bölgədə baş verən silahlı münaqişələr və partlayışlar nəticəsində 7 minə yaxın insan həlak olub.

FACEBOOK ŞƏRH YAZ