• Siyasət • Dünya • Gündəm

İran sabahdan Fordoda uranın zənginləşdirilməsinə başlayacaq

206
6-11-2019, 08:20

İran noyabrın 6-dan etibarən Fordoda yerləşən müəssisədə uranı 5 faizlə zənginləşdirəcək.

BAKU.NEWS "TASS"a istinadən xəbər verir ki, bunu İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, nüvə sazişi bağlanmazdan əvvəl İran Fordoda uranı 20 faizə qədər zənginləşdirmişdi: “Bu gün 20 faizə qədər zənginləşdirilmiş uran ehtiyatımız çoxdur”.

Qurum rəsmisi qeyd edib ki, proses Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələrinin iştirakı ilə baş verəcək. O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini söyləyib.

FACEBOOK ŞƏRH YAZ