• Dünya • Hadisə • Texnologiya • Gündəm

NASA-nın peykindən 40 ildən sonra xəbər var - VİDEO

264
5-11-2019, 16:17

40 il əvvəl kosmosa buraxılan “Voyager-2” kosmik gəmisi ulduzlararası fəzaya keçib.

NASA-nın yaydığı məlumata görə, “Voyager-2” yerdən 18 milyard kilometr aralanıb və Günəş sistemini tərk edərək, ulduzlararası fəzadan məlumatlar ötürür. Onun ötürdüyü məlumatlar artıq Yerə çatıb və mütəxəssislər tərəfindən aşkara çıxarılıb.

Kosmik gəminin üzərində quraşdırılan kameralar Günəş sisteminin son, ulduzlararası fəzanın başlanğıc fotolarını çəkərək NASA-ya göndərib.


FACEBOOK ŞƏRH YAZ