• Səhiyyə • Gündəm

Azərbaycanda Çin istehsalı saxta şprislər satılır?

193
5-11-2019, 13:57

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb.

Səhiyyə Nazirliyindən (SN) BAKU.NEWS-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb:

“Tövsiyyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq”.

Qeyd edək ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda standartlara uyğun olmayan, Çin istehsalı saxta şprislər satıldığını açıqlayıb.

FACEBOOK ŞƏRH YAZ